Samir Əliyev toplanışa 23 futbolçu çağırdı
ESTAFET/ 2001-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığmasının martın 16-dan 25-dək Bakıda təlim-məşq toplanışı olacaq. Samir Əliyevin baş məşqçisi olduğu komanda hazırlıq prosesi çərçivəsində iki yoxlama görüşü keçirəcək.
Yığma hər iki qarşılaşmada Birləşmiş Ərəb Əmirliklərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Oyunlar martın 22-də və 24-də keçiriləcək.
Yeni baş məşqçi toplanışa aşağıdakl 23 oyunçunu dəvət edib:
Elməddin Sultanov, Samir Qurbanov, Məhəmməd Məhərrəmov, Veysəl Rzayev (hamısı "Qəbələ"), Nihad Qurbanlı, İnqilab Əkbərov, İlkin Əbiyev, İsmayıl Zülfüqarlı, Vüsal Əsgərov (hamısı "Neftçi"), Hikmət Verdiyev, Ədilxan Qarəhmədov, Raul Həsənzadə, Elşad Tağıyev, Xəlil Bəşirov, Murad Məmmədov ("Səbail"), Ələkbər Ağayev, Rüfət Abdullazadə, Səbuhi Abdullazadə (hamısı "Sumqayıt"), Ramin Əhmədov ("Zaqatala"), Nihad Quliyev, Ayxan Arazlı ("Qarabağ"), Cavidan Rəhimli (MOİK), Zahir Xanhüseyinli ("Zirə").