AAAF rəsmiləri IWF-in Konqresində iştirak ediblər
ESTAFET/ Mart ayının 7-də ABŞ-ın Las-Veqas şəhərindəki “Vestqeyt” otelinin konfrans zalında Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) Konqresi keçirilib. 62 dövlətdən 150-yə yaxın nümayəndənin iştirak etdiyi tədbirdə müxtəlif məsələlərə toxunulub, hesabatlar dinlənilib, bir sıra qərarlar qəbul edilib. Həmçinin texniki, tibbi, məşqçi, tədris və digər sahələrdə yeniliklər təqdim edilib, fikirlər səsləndirilib, müzakirələr aparılıb.
Tədbirdə Azərbaycan Ağır Atletika Federasiyasını – baş katib Rizvan Rəsulov və mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev təmsil ediblər.