“Şükürlər olsun ki, bürünc medal qazana bildim”: Ömər Cavadov
ESTAFET/ 8-16 mart tarixlərində ABŞ-ın Las-Veqas şəhərində keçirilən yeniyetmə ağır atletlər arasında dünya birinciliyində 55 kq çəki dərəcəsində birdən qaldırma hərəkətində bürünc medal qazanan Ömər Cavadov federasiyanın rəsmi saytına açıqlama verib. Gənc atletimiz əldə etdiyi uğurla bağlı hisslərini bölüşərək bunları deyib:
“Uzun müddətdir Azərbaycan yeniyetmələr arasında dünya birinciliyində medal qazana bilmirdi. Şükürlər olsun ki, mən bu uğura nail ola bildim. Çətin oldu, amma yaxşı ki bu bürüncə sahib çıxdım. Məşqçi və müəllimlərinin əməyi böyükdür. İlk öncə şəxsi məşqçim Ağakərim Kərimova təşəkkürlərimi bildirirəm. Bununla yanaşı, yığma komandada əziyyətimi çəkən bütün məşqçilər, həmçinin rəhbər olaraq Tofiq Heydərova, federasiyanın bütün rəhbərliyinə minnətdarlığımı bildirirəm. İnşallah, qarşıdakı yarışlarda da Azərbaycanın bayrağını yüksəltməyə çalışacam”.