Stolüstü tennisçilərimiz Qazaxıstanda 2 medal qazanıblar

ESTAFET/ Qazaxıstan Stolüstü Tennis Federasiyasının dəvəti ilə stolüstü tennis üzrə yığma komandamız 10-13 mart 2019-cu il tarixlərində Qazaxıstanın Çimkənt şəhərində keçirilmiş beynəlxlaq turnirdə gücünü sınayıb. 7 ölkəni təmsil edən qızlardan ibarət 19 komandanın iştirak etdiyi turnir Qazaxıstanın milli qəhrəmanı Akpan Batırın xatirəsinə həsr olunub.

Komanda yarışlarında Məryəm İmanova və Nəzakət Qarayevadan ibarət yığmamız gümüş medal, şəxsi yarışlarda isə, Məryəm İmanova bürünc medal qazanıb.

Ümumilikdə, stolüstü tennisçilərimiz beynəlxalq turniri 2 medalla başa vurublar. 

Müəllif: Məsim MƏSİMZADƏ