"Neftçi" "Zirə" ilə oyuna hazırlığı davam etdirir

ESTAFET/ "Neftçi” futbiol üzrə Azərbaycan Topaz Premyer Liqasının 23-cü turunda qarşılaşacağı "Zirə” ilə oyunun hazırlığını davam etdirir. "Keşlə” ilə qarşılaşmadan sonra birgünlük fasiləyə buraxılan komandamız bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Hazırlıq prosesində toplu çalışmalar və müxtəlif təmrinlər yerinə yetirilib. Məşqə ikitərəfli oyunla yekun vurulub. Hazırlıq sabah da bir məşqlə davam edəcək.

 


Xatırladaq ki, aprelin 6-da "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Zirə” oyunu saat 18:00-da başlanacaq. 

Müəllif: Bəhruz MƏMMƏDOV