CÜDODA YENİ QAYDALAR BAKIDA MÜZAKİRƏ OLUNDU
ESTAFET/ Bakıda Beynəlxalq Cüdo Federasiyasının hakimlər və məşqçilər üçün təşkil etdiyi beynəlxalq seminar davam edir.
Heydər Əliyev adına İdman Sarayında keçirilən seminar nəzəri hissədən sonra praktik olaraq davam etdirilib. 99 ölkədən 370 nümayəndə heyətinin iştirak etdiyi tədbirdə cüdonun yeni qayda və qanunlarının tədbiqi əyani şəkildə göstərilib, geniş müzakirə edilib, fikir mübadilələri aparılıb.
Qeyd edək ki, Heydər Əliyev adına İdman Sarayında keçirilən seminara sabah yekun vurulacaq.
Emin Məlikov