"Komandam yaxşı oyun nümayiş etdirdi": Roberto Bordin

ESTAFET/ "Neftçi"nin baş məşqçisi Roberto Bordin Premyer Liqanın XXIII turunda "Zirə"ni evdə 4:2 hesaıyla məğlub etdikləri matçdan sonra mətbuat konfransı keçirib. İtaliyalı mütəxəssis öncə oyun haqda fikirlərini bildirib.

- Əlbəttə, çox emosinal oyun keçdi. Komandam yaxşı oyun nümayiş etdirdi. ilk hissədə hesabda 2:0 irəlidə olduğumuz zaman açıq oyun getdi. Sonadək mübarizə apardıq, xarakter göstərdik, layiqli qələbə qazandıq. Onu da deyim ki, daha çox qol vura bilərdik.

- İlk qoldan sonra tribunaya tərəf dönərək emosional işarə etdiniz. Bu, "Neftçi" azarkeşinə görə idi?

- Əlbəttə, bütün "Neftçi" camiəsi qələbə gözləyirdi. İlk qol gecikirdi. Azarkeş tərfədən mənə jest idi. Heç bir qərəzli şey yox idi.

- Canluka Sansonenin bu gün ehtiyatda qalması zədəli olmasıyla bağlı idi, yoxsa Mirbadulla Abbasov məşqlərdə özünü daha yaxşı göstərmişdi?

- Sansonenin yüngül ağrıları vardı. Ancaq Mirabdulla özünü həftəboyu məşqlərdə yaxşı göstərmək üçün çalışdı. Yaxşı oynadı, yalnız qol çatmadı. Bu, olsaydı, özünə inamı daha çox olardı.

- Zədəlilərinizin vəziyyəti necədi?

- Deməzdim ki, Mirabdullanın zədəsi vardı. Sadəcə, yorulmuşdu. Ömər Buludovun isə zədəsi yüngüldü.

- Final fitindən sonra insidentlə bağlı futbolçularınızla hər hansı söhbət olacaqmı?

- Bu hadisələr futbolun bir hissəsidi. Normal qarşılayıram. Gördüm ki, futbolçular arasında münaqişə var, həmkarımla birgə meydana girərək aranı yatırtmağa çalışdıq.

- Adətən Samir Abasovla aranızda çox mübahisə yaşanır. Nə əcəb bu gün yaşanmadı?

- Əvvəllər nə olur, yadımdan çıxır. Bir də görürsən ki, 5 il əvvəl kimləsə mübahisəm olub, yadımdan çıxır.  

Müəllif: Estafet.az