"Futbol bir qədər bəxt oyunudu": Sənan Qurbanov
ESTAFET/ Futbol üzrə Azərbaycan Topaz Premyer Liqasının XXIII turu çərçivəsində öz meydanında “Qarabağ”a 1:2 hesabı ilə məğlub olan “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov mətbuat konfransı keçirib. Gənc mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.
- Oyuna yaxşı hazırlaşmışdıq. Rəqibin bütün güclü tərəflərini incləmişdik. Erkən qoldan sonra hesabı bərabərləşdirə bildik. Üzgünük. Son dəqiqələrdə buraxılan qol bizi məyus etdi.
- Adeniyi ilə Monroz heç nəzərə çarpmırdılar...
- Verilən tapşırıqları yerinə yetirməyə çalışırdılar. Əlbəttə, bundan da yaxşı oynaya bilərdilər.
- 23 oyuna 7 qələbə qazanmısınız. Öz işinizdən razısınız?
- Əlbəttə ki, yox. Ancaq üzərimə düşən işi yerinə yetirirəm. Futbol bir qədər bəxt oyunudu. Müəyyən oyunlarda layiq olmadığımız xallar itirdik.
- “Qəbələ” daha güclü rəqiblərə qarşı daha istəkli oynayırlar.
- Yalnız “Sabah”la oyun istisnadı. Digər qarşılaşmalarda qış fasiləsindən sonra futbolçulardan, komandamdan razıyam.