Kənan Xəlilov B qrupunda 5-ci oldu
ESTAFET/ 6-13 aprel tarixlərində Gürcüstanın Batumi şəhərində keçiriləcək kişilər və qadınlar arasında ağır atletika üzrə Avropa çempionatı davam edir. 42 ölkədən 401 atletin (187 qadın və 214 kişi) iştirak edəcəyi yarışda Azərbaycan yığma komandasının üzvləri də mübarizəyə qoşulacaq.
Onlardan ilk olaraq Kənan Xəlilov mübarizəyə qoşulub. O, 73 kq çəki dərəcəsinin B qrupunda yarışıb. Atletimiz toplam 269 kq (124+145) nəticə ilə bu qrupda 5-ci yeri tutub. Onun yekun sıralamada tutduğu yer A qrupundakı yarışlar bitndən sonra bilinəcək.