"Kobra"nın Türkiyə sınağı

ESTAFET/ Azərbaycanın və “Qəbələ” İdman Klubunun kikboksçusu Pərviz Abdullayev bu gün növbəti döyüşünü keçirəcək. İdmançımız Türkiyənin İstanbul şəhərində təşkil olunan “Vendetta Fight” turniri çərçivəsində qüvvəsini sınayacaq. 77 kq çəki dərəcəsində çıxış edən Abdullayev Albaniya təmsilçisi Şkodran Veseli ilə qarşılaşacaq. Görüş Ataşehirdəki “Ülker Spor Arena”da baş tutacaq. Bu, Abdullayevin peşəkarlar arasında 55-ci döyüşü olacaq. O, bunadək keçirdiyi 54 qarşılaşmada 47 qələbə qazanan Pərviz 23 dəfə rəqiblərini nokautla məğlub edib. 

Müəllif: Məsim MƏSİMZADƏ