Azərbaycanlı hakim qitə çempionatının görüşlərini idarə edəcək

ESTAFET/ Azərbaycanlı boks hakimi Anar Babanlı beynəlxalq təyinat alıb. Referimiz Asiya çempionatının görüşlərində ədaləti qoruyacaq.

Sabah start götürəcək yarış Taylandın paytaxtı Banqkokda keçiriləcək. AİBA-nın hakimlik üzrə 3 ulduz kateqoriyasına daxil olan təmsilçimiz qitə birinciliyinə Asiya Boks Konfederasiyası tərəfindən neytral referi kimi dəvət alıb.

Yarış aprelin 28-dək davam edəcək. 

Müəllif: Natiq NƏSİROV