"Çempionlar" turnirində daha 4 medal

ESTAFET/ Türkiyənin Antalya şəhərində gənc güləşçilər arasında "Çempionlar" turniri davam edir.

Yarışın 3-cü günündə güləşçilərimiz daha 4 medal qazanıb. Sərbəst güləşçilərimizdən Turan Bayramov (65 kq) və Abubakr Abakarov (79 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sənan Əlizadə (97 kq) isə bürünc medal qazanıb. Qızların yarışında Jalə Əliyeva (62 kq) üçüncü yerin sahibi olub.

Qeyd edək ki, turnirə sabah yekun vurulacaq. 

Müəllif: Məsim MƏSİMZADƏ