Yığmamız hazırlığını Sumqayıtda davam etdirir
ESTAFET/ Kişi boksçulardan ibarət Azərbaycan millisi hazırlığını davam etdirir. Vaqif Şirinovun komandası növbəti təlim-məşq toplanışı üçün Sumqayıtda bir araya gəlib.
Olimpiya İdman Kompleksində təşkil olunan məşqlərə aprelin 21-dən başlanılıb və mayın 4-də yekun vurulacaq.
Toplanış Sankt-Peterburqda keçiriləcək beynəlxalq turnirə hazırlıq məqsədi daşıyır. Rusiyadakı yarış mayın 5-12-də olacaq.