Paralimpiyaçımız Dünya Kubokuna sahib oldu
ESTAFET/ Azərbaycanın pauerliftinq üzrə paralimpiya yığmasının üzvü Pərvin Məmmədov Macarıstanın Eger şəhərində keçirilən Dünya Kubokunda qızıl medal qazanıb. Məmmədov 49 kiloqram çəki dərəcəsinə qədər kişilərin yarışmasında ən yaxşı nəticəni göstərib. O, 140 kiloqram çəkini qaldıraraq birinci yerə layiq görülüb.
Eyni çəki dərəcəsində ikinci yeri 128 kq nəticə ilə polşalı Slavomir Symanski qazanıb. Səudiyyə Ərəbistanından olan Olaymi Maysar 125 kq nəticə ilə üçüncü yerə layiq görülüb.
Qeyd edək ki, bu qələbə ilə Pərvin Məmmədov "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarında iştirak etmək şanslarını da artırıb.