İkinci finalçı kim olacaq? - Türkiyə Kuboku

ESTAFET/ Futbol üzrə Türkiyə Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilir. Dünən keçirilən lk görüşdə “Akhisarspor” doğma meydanda “Ümraniyəspor”la qarşılaşıb. Səfərdə minimal hesabla qalib gəlmiş akhisarlılar doğma meydanda da bu nəticəni təkrarlamaqla ilk finalçı olublar.

Xatırladaq ki, ötən mövsüm də finala vəsiqə qazanmış "Akhisarspor" həlledici oyunda "Fənərbaxça"ya qalib gələrək tarixində ilk dəfə Türkiyə kubokunun qazanmışdı.

Digər finalçının adına “Yeni Malatyaspor” - “Qalatasaray” matçında aydınlıq gələcək. Bu komandaların ilk duelində qapılara qol vurulmayıb.

Türkiyə Kuboku? 2018/2019 m[vswmw
Yarımfinal, cavab oyunları

24 aprel 2019

Akhisarspor - Ümraniyəspor 1:0 (ilk oyun 1:0)
Qol: Çikalleşi 37


25 aprel 2019

Yeni Malatyaspor - Qalatasaray

İlk oyun - 0:0 

Müəllif: Orxan NOVRUZOV