Sablyaçılarımız 1/32 finalda dayandılar

ESTAFET/ Sablya üzrə qadınlardan ibarət yığma komandamızın üzvləri Koreya Respublikasının paytaxtı Seul şəhərində keçirilən Qran-Pri yarışında iştirak edib.

Qrup mərhələsində keçirdiyi 6 görüşdən 5-ni qalib başa vuran Səbinə Kərimova pley-offa adlayıb. 1/64 finalda Böyük Britaniya idmançısı Maria Çarta 15:9 hesabı ilə qalib gələn Səbinə 1/32 finalda Kanada təmsilçisi Poniş Marissaya 8:15 hesabı ilə uduzub. Digər sablyaçımız Valeriya Bolşakova da qrup mərhələsini uğurla adlayıb. Keçirdiyi 5 görüşün hamısında qalib gələn Valeriya mütləq nəticə ilə pley-offa yüksəlib. Birbaşa 1/32 finala vəsiqə qazanan Bolşakova bu mərhələdə fransalı Malina Vonqsadiyə 11:15 hesabı ilə uduzub. Qran-pri turnirində daha iki sablyaçımız qüvvəsini sınayıb. Qrupda keçirdiyi 6 görüşdən 4-dən qalib ayrılan Anna Başta pley-offda ABŞ idmançısı Çloe Fox-Gitomerə 12:15 hesabı ilə uduzub. Qrup mərhələsi çərçivəsindəv keçirdiyi 6 görüşdən 3-də qələbə qazanan Sevil Bünyatova ardınca pley-offda İtaliya idmançısı Lusia Lukarini 15:14 hesabı ilə məğlub Edib. Bünyatova 1/64 finalda digər italyan Rebekka Qarqanoya 9:15 hesabı ilə uduzub. 

Müəllif: Məsim MƏSİMZADƏ