Həftənin rəmzi komandası: ÇL - Yarımfinal

ESTAFET/ Futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinalın ilk oyunlarından sonra həftənin rəmzi komandası açıqlanıb. Qitənin ali futbol qurumu nəticələri rəsmən elan edib.
Rəmzi “11-lik”də sadəcə qalib komandaların - “Barselona”nın 7, “Ayaks”ın isə 4 futbolçusu yer almağı bacarıb.
Qapıçı: Mark-Andre ter Ştegen (“Barselona”)
Müdafiəçilər: Seri Roberto, Jerar Pike, Jordi Alba (hamısı “Barselona”), Matteys de Liqt, Deyli Blind (hər ikisi “Ayaks”)
Yarımmüdafiəçilər: Hakim Ziyeç, Donni van de Bek (hər ikisi “Ayaks”), Filipp Koutinyo (“Barselona”)
Hücumçular: Luis Suarez, Lionel Messi (hər ikisi “Barselona”)
