Toto Volff şayiələri təkzib etdi

ESTAFET/ Bəzi KİV-lərdə yayılan xəbərlərə görə, Formula 1 komandalarından olan "Mercedes"in rəhbəri Toto Volffun 2020-ci ildən sonra Çeyz Kerini əvəzləyəcəyi iddia edilirdi. Lakin avstriyalı rəhbər verdiyi açıqlama ilə bu şayiələri təkzib edib:
“Çoxlu şayiələr var. Mənim isə Mercedes-də xüsusi rolum var. Komandanın səhmlarındanam və insanlarla yaxşı münasibətim var. Burada xoşbəxtəm. Burada motivasiyam azalmır və bir neçə illik müqaviləm var. 2020-ci ildən sonra dəyişikliklə bağlı plan qurmamışam. Mercedes Formula1 proqramını dayandırmaqla bağlı heç nə deməyib. Əksinə faydaları barədə danışırıq”.
