“Qəbələ” Azərbaycan kubokunun qalibidir!

ESTAFET/ Azərbaycan kubokunun 2018/2019-cu illər mövsümünün qalibi müəyyənləşib. “Qəbələ” tarixinin 4-cü finalında “Sumqayıtı” 1-0 hesabı ilə məğlub etdi və kubok həsrətinə son qoydu.

Yeganə qolu oyunun 3-cü dəqiqəsində fransız hücumçu Stiven Monroz başla qapıdan keçirdi. Beləliklə, “qırmızı-qaralar” tarixi ərzində ilk kubokunu qazandı. 

Müəllif: Natiq NƏSİROV