Fransada ən yaxşı Mbappe oldu

ESTAFET/ Fransannın “Paris Sen-Jermen” klubunun gənc hücumçusu Kilian Mbappe Peşəkar Futbolçular Milli Birliyinin (UNFP) qərarına əsasən, 2018/2019-cu il mövsümündə Fransa çempionatının ən yaxşı oyunçusu seçilib.

Fransa millisinin üzvü cari mövsümdə 28 oyunda 32 qolla ölkə çempionatının ən məhsuldar futbolçusu olub. Ötən həftə ölkəsinin ən yaxşı gənc futbolçusu adını qazanan Mbappe bununla cari ildə ikinci mükafatına sahib olub.

Peşəkar Futbolçular Milli Birliyinin qərarına əsasən, “İlin ən yaxşı qapıçısı” nominasiyasında “Lill” klubunun qolkiperi Mayk Menya, “İlin ən yaxşı məşqçi”si həmin komandanın çalışdırıcısı Kristof Qaltye (“Lill”) seçilib. “Real Madrid” klubunun hücumçusu Kərim Benzema isə Fransanı xaricdə təmsil edən ən yaxşı futbolçu adına layiq görülüb. 

Müəllif: Məsim MƏSİMZADƏ