Millimizin Qızıl Avropa Liqası üçün yekun heyəti açıqlanıb

ESTAFET/ Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Qızıl Avropa Liqası üçün yekun sifariş ərizəsi açıqlanıb.

 

19 may tarixində Belarusa yola düşən qadınlardan ibarət milli yığma komandamız bu gün təlim-məşqlərə start verdi. Qızıl Avro Liqaya son hazırlıqlarını keçirən yığmamız artıq tam heyətlə hazırlıqlar aparır. . Komanda Minskdə Belarus millisi ilə 2 yoldaşlıq görüşü keçirəcək.

 

Belarus, İspaniya və Finlandiya ilə C qrupunda yer alan yığmanın heyətində 14 oyunçu yer alıb.

 

Bunlar Leyla Parşkova, Yana Əzimova, Nelli Salbişvili, Ayşən Abduləzimova, Anastasiya Bezsonova, Leysan Lyovkina, Səmra Qafarova, Nurhan Kazımova, Yuliya Kərimova, Bəyaz Əliyeva, Marqarita Əzizova, Kseniya Pavlenko, Mariya Kirilyuk və Larisa Smeltsovadır.

 

Komandanın italiyalı baş məşqçisi Covanni Kapraraya həmyerlisi Marsello Çervellin və Famil Ağayev kömək edəcəklər. Yığmanın meneceri isə Oksana Kurtdur.

 

Bir başa olaraq Belarusdan komandamıza qoşulan italyalı məşqçi heyəti Qızıl Avropa Liqası, Olimpiya Təsnifat oyunları və Avropa Çempionatında milli komandamıza köməklik edəcək.

 

Qeyd edək ki, milli ilk oyununu mayın 26-da səfərdə Belarusa qarşı keçirəcək. 

Müəllif: Natiq NƏSİROV