"Barselona" holland futbolçunu transfer etdi

ESTAFET/ İspaniya və dünya nəhəngi “Barselona” heyətini yeni futbolçuyla gücləndirib. Kataloniya təmsilçisi “Qroningen”dən Ludovit Reysi transfer edib.

Klubun rəsmi saytında yayılan məlumata görə, 18 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

“Barselona” Reys üçün “Qroningen”ə 3,25 milyon avro ödəyib. Hollandiyalı futbolçunun sərbəst qalma məbləği isə 100 milyon avro olaraq müəyyənləşdirilib. 

Müəllif: Natiq NƏSİROV