Boksçularımız Qran-prini 1 qızıl və 1 bürünc medalla bitirdilər
ESTAFET/ Çexiyada boks üzrə Usti-nad-Labem Qran-prisinə yekun vurulub. Yarışa 4 idmançı ilə qatılan Azərbaycan millisi 1 qızıl və 1 bürünc medal qazanıb.
Vaqif Şirinovun yetirmələrindən Lorenzo Sotomayor (69 kq) çempion tituluna yiyələnib. Rio-2016-nın gümüş medalçısı finalda norveçli Hadi Srourla döyüşüb və rinqdən qələbə ilə ayrılıb.
Komandamızın aktivinə digər medalı isə Alfonso Dominqes (81 kq) yazdırıb. O, 1/2 finalda kubalı Olimpiya çempionu, dünya çempionatının dördqat qalibi Xulio Sesar La Krusa məğlub olduğundan bürünc medalla kifayətlənməli olub.