Mövsümün ən yaxşısı Messi oldu

ESTAFET/ İspaniya La Liqasında 2018-19 mövsümünün ən yaxşıları açıqlanıb. "Marca" "Barselona"nın kapitanı Lionel Messini mövsümün ən yaxşısı seçib.

34 oyunda 36 qola imza ataraq bombardir olan argentinalı superulduz 6-cı dəfə Piçiçi tituluna yiyələnib. O, ən yaxın izləyiciləri Luis Suares ("Barselona") və Kərim Benzemanı ("Real") 15 qol qabaqlayıb.

Bundan başqa, Messi 6-cı dəfə Avropanın ən məhsuldar futbolçusu olaraq, "Qızıl buts"a sahib çıxıb. 

Müəllif: Estafet.az