Türkiyə Futbol Federasiyasında yeni prezident

ESTAFET/ Bu gün Türkiyə Futbol Federasiyasına (TFF) yeni prezident seçkisi keçirilib. Prezidentlik uğrunda beş namizəd mübarizə aparırdı - Nihat Özdəmir, Bülənt Gürkut, Durmuş Ali İlik, Vəli Olgaç və Ayhan Sağaltıcı.

Bu vaxta qədər federasiyanın vitse-prezidenti kimi fəaliyyət göstərən Nihat Özdəmir seçkidən qalib ayrılıb.

Qeyd edək ki, 2012-ci ilin fevral ayından TFF-yə başçılıq edən Dəmirörən bu ilin fevral ayında istefa vermişdi. Həmin dövrdən bu vəzifə müvəqqəti olaraq, İdarə Heyətinin üzvü Hüsnü Güreliyə tapşırılmışdı. 

Müəllif: Bəhruz MƏMMƏDOV