"Sabah" ilk legioner transferini açıqladı
ESTAFET/ Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Paytaxt təmsilçisi Konqo əsilli fransalı futbolçu Kevin Kubembanı transfer etdiyini rəsmən açıqlayıb.
26 yaşlı hücumçu ilə 2 illik müqavilə bağlanıb.
Karyerası ərzində Fransanın “Amyen”, “Lill”, “Brest”, “Bur-an Bress”, Belçikanın “Sent-Trüden”, Bolqarıstanın ÇSKA (Sofiya) komandalarının şərəfini qorumuş Kubemba, son mövsümdə Azərbaycanın “Səbail” klubunda çıxış edib. Hücumçu Konqo millisində 3 oyun keçirib.
Qeyd edək ki, bu, "Sabah"in yay fasiləsində ilk legioner transferidi. Bunadək "Sumqayıt"dan gələn yarımmüdafiəçi Cavid Tağıyevin keçidi açıqlanmışdı.
Mənbə: Sport24