Milli komandamız beynəlxalq turnirə qatılıb

ESTAFET/ 24 yaşadək kişilərdən ibarət həndbol millimiz Gürcüstan paytaxtı Tiflisdə keçirilən yarışa qatılıb. Komandamız inkişaf etməkdə olan ölkələrin həndbol turnirində Çin, Böyük Britaniya, Kolumbiya, Kuba və Hindistan seçmələri ilə eyni qrupda mübarizə aparır.

Həndbolçularımız yarışa uğurlu start veriblər. Millimiz ilk oyunda Hindistan seçməsi üzərində 45-29 hesablı qələbə qazanıb. İkinci oyunda Kolumbiya kollektivi həndbolçularımızdan üstün olub – 30:35. Böyük Britaniya komandası ilə gərgin mübarizə şəraitində keçən görüş isə 36:35 hesabı ilə britaniyalıların xeyrinə nəticələnib.

Sabah Kuba seçməsi ilə qarşılaşacaq millimiz qrup mərhələsinin son turunda Çin kollektivi ilə üz-üzəgələcək.

Qeyd edək ki, digər qrupda Gürcüstan, Bolqarıstan ,İrlandiya, ABŞ, Nigeriyavə Malta milliləri yer alıblar. 

Müəllif: Bəhruz MƏMMƏDOV