Gimnastımız Qran Pri yarışlarında çıxış edib

ESTAFET/ Dünən, Çexiyanın Brno şəhərində bədii gimnastika üzrə Qran Pri yarışları yekunlaşıb.

Təmsilçimiz Zöhrə Ağamirova yarışların final mərhələsində çıxış edib. Belə ki, top ilə kompozisiyasına görə gimnastımız 19.650 xal toplayaraq, yarışı 7-ci yerdə başa vurub.

Çoxnövçülükdə isə Zöhrə 72.050 xalla 29 iştirakçı arasında 12-ci yerdə qərarlaşıb. 

Müəllif: Bəhruz MƏMMƏDOV