Millimizdən növbəti rüsvayçı məğlubiyyət

ESTAFET/ Bu gün futbol üzrə Azərbaycan milli komandası AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Nikola Yurçeviçin rəhbərliyi altında növbəti oyununu keçirib. Şotlandiyalı Con Bitonun rəhbərl olduğu hakimlər briqadasının idarə etdiyi oyunda millimiz Slovakiya yığması ilə qarşılaşırdı.
Qarşılaşma "milli futbolçularımızın" sönük və biabırçı oyunu ilə yadda qalıb və bunun məntiqi sonluğu olaraq, qonaqlar darmadağınla qalib gəliblər.
Bu, yığmamızın E qrupunda üçüncü matçı idi. Xatırladaq ki, millimiz ilk turda Zaqrebdə Xorvatiyaya (1:2), bir neçə gün öncə isə Bakıda Macarıstana (1:3) məğlub olmuşdu.
AÇ-2020-nin seçmə mərhələsi
E qrupu
11 iyun 2019
Azərbaycan - Slovakiya 1:5
Qollar: Ramil Şeydayev 29 : S.Lobotka 8, Y.Kuçka 27, M.Hamşik 30, 57, D.Hanko 85
Hakimlər: Con Biton, Alan Mulvanni, Şon Karr, Donald Robertson (hamısı Şotlandiya).
Bakı. 8-ci km stadionu
Azərbaycan: 1. Səlahət Ağayev, 2. Qara Qarayev, 3. Şəhriyar Rəhimov, 5. Maksim Medvedev (k), 6. Bədavi Hüseynov, 7. Araz Abdullayev, 9. Ağabala Ramazanov, 11. Ramil Şeydayev, 14. Rəşad Eyubov, 18. Anton Krivotsyuk, 20. Riçard Almeyda.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 23. Şahruddin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 8. Emin Mahmudov, 10. Mahir Emreli, 13. Dmitri Nazarov, 15. Namiq Ələsgərov, 16. Rüfət Dadaşov, 17. Renat Dadaşov, 19. Əli Babayev, 21. Pavel Paşayev, 22. Məqsəd İsayev.
Baş məşqçi: Nikola Yurçeviç.
Slovakiya: 23. Martin Dubrovka, 2. Peter Pekarik, 3. Denis Vavro, 10. Albert Rusnak, 11. Robert Bojenik, 14. Martin Şkrinyar, 16. David Hanko, 17. Marek Hamşik (k), 19. Yuray Kuçka, 20. Robert Mak, 22. Stanislav Lobotka.
Ehtiyat oyunçular: 1. Matuş Kozaçik, 12. Marek Rodak, 4. Branislav Ninay, 5. Lübomir Şatka, 6. Yan Qrequş, 7. Yaroslav Mihalik, 8. Andrey Duda, 9. Lukaş Haraslin, 13. Patrik Hroşovski, 15. Robert Mazan, 18. Pavol Şafranko, 21. Matuş Bero.
Baş məşqçi: Pavel Hapal.
