Premyer Liqada yeni mövsümün püşkü atıldı

ESTAFET/ Futbol üzrə İngiltərə Premyer Liqasında 2019/20 mövsümünün püşkü atılıb. Artıq yeni mövsümün ilk turunun təqvimi də məlumdu.
Premyer Liqada yeni mövsümə avqustun 10-da start veriləcək. İlk turun oyunları üç günü əhatə edəcək.
Son çempion “Mançester Siti” ilk turda səfərdə “Vulverhempton”la qarşılaşacaq. “Liverpul” “Bernli”nin, “Çelsi” isə “Sauthempton”un qonağı olacaq.
İngiltərə Premyer Liqası
2019/20 mövsümü
1-ci tur
10 avqust 2019
Tottenhem – Norviç
Bornmut – Şeffild Yunayted
Kristal Pelas – Arsenal
Everton – Nyukasl
Sauthempton – Çelsi
Uotford – Vest Hem
Bernli – Liverpul
11 avqust 2019
Aston Villa – Lester
Mançester Yunayted – Brayton
12 avqust 2019
Vulverhempton – Mançester Siti
