Stolüstü tennisçilərimiz Çində təlim-məşq toplanışında iştirak edəcəklər

ESTAFET/ Cari ilin12-22 iyun tarixlərində Çin Xalq Respublikasının Hebei vilayətində stolüstü tennis üzrə təlim-məşq toplanışı və 24-27 iyun tarixlərində isə beynəlxalq turnir keçiriləcəkdir.
Stolüstü tennis üzrə yeniyetmə idmançılarımız təlim-məşq toplanışı və beynəlxalq turnirdə iştirak edəcəklər.
Tennisçilərimiz məşqçi Cəfərov Ramil və Hidayətzadə Elnurun rəhbərliyi altında artıq Çinə yola düşüblər.

