Qadın güləşçilərin Minsk toplanışı davam edir
ESTAFET/ Qadınlardan ibarət güləş yığmamız Belarusda təlim-məşq toplanışını davam etdirir.
İyunun 8-dən bu ölkənin paytaxtı Minskdə hazırlığa başlayan millimiz üçün bu, II Avropa Oyunları ərəfəsində son təlim-məşq toplanışıdır. Baş məşqçi Aslan Ağayev və böyük məşqçi Rövşən Umudovun rəhbərliyi altında keçirilən məşqlər əsasən taktiki-texniki hazırlıq üzərində qurulub. TMT yerli komanda ilə birgə həyata keçirilir.