II mərhələnin bütün cütləri - Çempionlar Liqası

ESTAFET/ Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılıb. İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində I raunddakı komandalar növbəti mərhələdəki potensial rəqiblərini də tanıyıblar.
Püşkün nəticəsinə görə, Çempionların yolundan 10, Qeyri-çempionların yolundan isə 2 cütlük müəyyənləşib.
Çempionlar Liqası, 2019/2020 mövsümü
II təsnifat mərhələsi
Çempionların yolu
"Astana" (Qazaxıstan)/"ÇFR Kluj" (Rumıniya) cütünün qalibi - "Makkabi" (Təl-Əviv, İsrail)
BATE (Belarus)/"Pyast" (Polşa) cütünün qalibi - "Linfild" (Şimali İrlandiya)/"Rusenborq" (Norveç) cütünün qalibi
TNS (Uels)/ilkin mərhələnin qalibi cütünün qalibi - "Kopenhagen" (Danimarka)
"Ferensvaroş" (Macarstan)/"Lüdoqorets" (Bolqarıstan) cütünün qalibi - "Düdelanj" (Lüksemburq)/"Valletta" (Malta) cütünün qalibi
"Dundalk" (İrlandiya)/"Riqa" (Latviya) cütünün qalibi - "Partizani" (Albaniya)/"Qarabağ" (Azərbaycan) cütünün qalibi
"Şerif" (Moldova)/"Saburtalo" (Gürcüstan) cütünün qalibi - "Dinamo" (Zaqreb)
"Seltik" (Şotlandiya)/"Sarayevo" (Bosniya və Herseqovina) cütünün qalibi - "Nomme Kalyu" (Estoniya)/"Şkendiya" (Makedoniya) cütünün qalibi
"Suduva" (Litva)/"Srvena Zvezda" (Serbiya) cütünün qalibi - HİK (Finlandiya)/"HB Torshavn" (Farer adaları) cütünün qalibi
"Slovan" (Slovakiya)/"Sutyeska" (Monteneqro) cütünün qalibi - APOEL (Kipr)
"Valyur" (İslandiya)/"Maribor" (Sloveniya) cütünün qalibi - "Ararat" (Ermənistan)/AIK (İsveç) cütünün qalibi
Qeyri-çempionların yolu
“Viktoriya” (Çexiya) - “Olimpiakos” (Yunanıstan)
PSV (Hollandiya) - “Bazel” (İsveçrə)
Qeyd edək ki, I təsnifat mərhələsinin ilk oyunları 9-10 iyul, cavab qarşılaşmaları bundan bir həftə sonra keçiriləcək. 23-24 iyul və 30-31 iyul tarixlərində isə II raundun görüşləri olacaq.
