I mərhələnin bütün cütləri - Çempionlar Liqası

ESTAFET/ Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılıb. İveçrənin Nyon şəhərində baş tutan mərasimdə qitənin ən nüfuzlu klub turnirində yarışacaq komandalar öz rəqiblərini tanıyıblar.

Azərbaycanı bu mötəbər yarışda təmsil edəcək “Qarabağ”ın ilk rəqibi Albaniya çempionu “Partizani” olub.

UEFA Çempionlar Liqası, 2019/2020 mövsümü
1-ci təsnifat mərhələsi


Nomme Kalyu (Estoniya) - Şkendiya (Makedoniya)
Suduva (Litva) - Srvena Zvezda (Serbiya)
Ararat (Ermənistan) - AIK (İsveç)
Astana (Qazaxıstan) - ÇFR Kluj (Rumıniya)
Ludoqorets (Bolqarıstan) - Ferentsvaroş (Macarstan)
Partizani (Albaniya) - Qarabağ (Azərbaycan)
Slovan (Slovakiya) - Sutyeska (Monteneqro)
Seltik (Şotlandiya) - Sarayevo (Bosniya və Herseqovina)
Şerif (Moldova) - Saburtalo (Gürcüstan)
Düdelanj (Lüksemburq) - Valletta (Malta)
Linfild (Şimali İrlandiya) - Rusenborq (Norveç)
Valyur (İslandiya) - Maribor (Sloveniya)
Dandalk (İrlandiya) - Riqa (Latviya)
TNS (Uels) - ilkin mərhələnin qalibi
HİK (Finlandiya) - HB Torshavn (Farer adaları)
BATE (Belarus) - Pyast (Polşa)


Qeyd edək ki, ÇL-in 1-ci təsnifat mərhələsinin oyunları 9-10 və 16-17 iyulda keçiriləcək. 

Müəllif: Natiq NƏSİROV