Yığmamızın bayraqdarı müəyyənləşdi

ESTAFET/ İyunun 21-də Belarusun paytaxtı Minskdə II Avropa Oyunları start götürəcək. "Dinamo" Milli Olimpiya Stadionunda keçiriləcək açılış mərasimi zamanı 50 iştirakçı ölkənin paradı gerçəkləşəcək. Azərbaycan yığmasının bayraqdarı cüdo üzrə milli komandamızın üzvü Rüstəm Orucov olacaq. Açılış mərasimi Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
İlk Avropa Oyunlarına ev sahibliyi etmiş Azərbaycan Belarus paytaxtında 11 növ üzrə 82 idmançı ilə təmsil olunacaq. 2-ci Avropa Oyunlarında 15 cüdoçumuz( 9 kişi, 6 qadın) mübarizə aparacaq.
