Abdullayev də mübarizədən kənarlaşdı - Minsk 2019

ESTAFET/ Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının boks yarışları davam edir. Boks üzrə Azərbaycan millisinin heyətində +91 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev bu gün rinqə çıxıb.

Milli üzvü “Uruçye Arena”dakı ilk döyüşünü 1/16 final mərhələsi çərçivəsində keçirib. O, bolqarıstanlı Petar Belberovla qarşılaşıb. 1:4 hesabı ilə uduzan M.Abdullayev Minsk-2019-dakı çıxışını başa vurub.

Qeyd edək ki, bu gün rinqə çıxan digər iki boksçumuzdan Tayfur Əliyev (56 kq) qələbə qazanıb, Rahil Məmmədli (91 kq) isə məğlub olub. 

Müəllif: Bəhruz MƏMMƏDOV