Sərbəst güləşçilərin 1 qızıl, 4 bürünc şansı: YAÇ - 2019

ESTAFET/ İtaliyanın Faenza şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir. Beşinci yarış günündə 48, 55, 65, 80 və 110 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulub.
Ramik Heybətov debütdə çətinliklə də olsa, ukraynalı rəqibini üstələyib. Ancaq 1/4 finalda Fransa idmançısına qalib gəlmək üçün cəmi 1 dəqiqə Ramik üçün kifayət edib. Yarımfinalda erməni güləşki ilə görüşün son saniyələrində üstünlüyü əldən verən Ramik bürünc üçün güləşəcək.
Zirəddin Bayramov startda çətinlik çəkmədən belaruslu həmkarını yolundan kənarlaşdırıb. Şəmkir güləş məktəbinin yetirməsi qarşısında gürcü idmançı da aciz qalıb. Lakin yarımfinalda qardaş Türkiyə təmsilçisinə məğlubiyyət güləşçimizi finaldan məhrum edib.
Cəbrayıl Hacıyev də ilk görüşünü tam üstünlüklə başa vurub. Yığma üzvü italyan güləşçiyə aman verməyib. Polşa güləşçisi də yarım dəqiqədən artıq tab gətirə bilməyib.
Abdulcəlil Şabanov polşalı idmançıya cəmi 36 saniyəyə "tuşe" ilə qalib gəlməklə Avropa çempionatına inamlı start verib. Həmyerlimiz Moldovadan olan rəqibinə də göz açmağa imkan vermədən adını yarımfinala yazdırıb.
Hamlet Nəsibli ilk görüşdə Belarus təmsilçisinə qalib gəlib. Nəsibli gürcü rəqibini də məyus edərək yarımfinala yüksəlib.
Qeyd edək ki, yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə sabah saat 19:30-da başlayacaq.
48 kq
Təsnifat: Ramik Heybətov - Vladislav Abramov (UKR) *1:1
1/4 final: Ramik Heybətov - Nikolas Henri Qardette (FRA) 10:0
1/2 final: Ramik Heybətov - Harutyun Hovannisyan (ARM) 2:3
Bürünc medal üçün: Ramik Heybətov -
55 kq
1/8 final: Zirəddin Bayramov - Yannis Padkoviç (BLR) 10:0
1/4 final: Zirəddin Bayramov - Omar Qazaşvili (GEO) 4:0
1/2 final: Zirəddin Bayramov - Muhammet Karavus (TUR) 4:12
Bürünc medal üçün: Zirəddin Bayramov -
65 kq
1/8 final: Cəbrayıl Hacıyev - Fiorentso Priolo (İTA) 10:0
1/4 final: Cəbrayıl Hacıyev - Kristian Tomaş Krupinski (POL) 10:0
1/2 final: Cəbrayıl Hacıyev - Narek Poqosyan (UKR) 8:3
FİNAL: Cəbrayıl Hacıyev -
80 kq
1/8 final: Abdulcəlil Şabanov - Damian Daniel Korbus (POL) 4:0 (tuşe)
1/4 final: Abdulcəlil Şabanov - Yon Demyan (MDA) 10:0
1/2 final: Abdulcəlil Şabanov - Denis Saxaliuk (UKR) 2:6
Bürünc medal üçün: Abdulcəlil Şabanov -
110 kq
Təsnifat: Hamlet Nəsibli - Oleq Tsaranok (BLR) 8:2
1/4 final:- Hamlet Nəsibli - Georgi Çixradze (GEO) 4:1
1/2 final: Hamlet Nəsibli - Georgi Lyubomirov İvanov (BUL) 3:9
Bürünc medal üçün: Hamlet Nəsibli -
