FORMULA 1 - 40 İLDƏN SONRA DƏYİŞİKLİK

ESTAFET/ Berni Ekklstoun "Formula-1"in icraçı direktoru vəzifəsindən getdiyini bəyan edib. Onun sözlərinə görə, sözügedən vəzifə Çeyz Keriyə həvalə olunub.

 

"Mənim yeni vəzifəm? Bu, Amerika terminidir, bir növ fəxri prezident kimi vəzifədir. Mən bunun nə demək olduğunu bilmirəm" - deyə "Formula-1"in sabiq rəhbərinin bildirib. 87 yaşlı Berni Ekklstoun "Formula-1"ə 40 ildir rəhbərlik edib.

 

2016-cı ilin sentyabrında şirkətin səhmlərinə ABŞ-ın "Liberty Media" korporasiyası 4,4 milyard dollarla sahib çıxıb.

 

Mənbə: Report