Ezmi Oyunlara qələbə ilə başladı Minsk 2019

ESTAFET/ Badmintonçumuz Ezmi Qovimuramadhoni Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarına qələbə ilə başlayıb. Kişilərin şəxsi yarışında "G" qrupunda mübarizə aparan Ezmi ilk oyununda Rumıniya badmintonçusu Kollins Valentin Filimona 2:1 (21-19,18-21,21-10) hesabı ilə qalib gəlib. Ezmi qrup mərhələsinin ikinci turu çərçivəsində növbəti görüşünü iyunun 25-də lüksemburqlu Robert Manna qarşı keçirəcək. Görüşün Bakı vaxtı ilə saat 20:00-da başlaması planlaşdırılır. 

Müəllif: Məsim MƏSİMZADƏ