Bakı şəhər çempionatına yekun vurulub

ESTAFET/ Bakı şəhəri 1 saylı İdman Liseyinin yeni istifadəyə verilmiş badminton zalında keçirilən Bakı şəhər çempionatına yekun vurulub. Azərbaycan Badminton Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 5 kateqoriya üzrə 20 kişi,16 qadın badmintonçu iştirak edib.
Şəxsi oyunlar qruplar arasında dairəvi sistem üzrə keçirilib. Qoşa görüşlər isə olimpiya sistemi üzrə oynanılıb.
Şəxsi kişilər
1.Orxan Qələndərov
2.Səbuhi Hüseynov
3.Cahid Əlhəsənov
Şəxsi qadınlar
1.Nigar Əliyeva
2.Elnurə Cəfərova
3.Xavər Bayramova
Qoşa kişilər
1.Cahid Əlhəsənov-Səbuhi Hüseynov
2.Tural Rəsulov-Kərim Musayev
3.Aqil Qəbilov-Rəvan Niftəliyev
Qoşa qadınlar
1.Nərmin Şərifova-Nigar Əliyeva
2.Nigar Səmədova-Anna Jeleznyak
3.Elnurə Cəfərova-Həcər Nuriyeva
Qarışıq-qoşa
1.Elnurə Cəfərova-Səbuhi Hüseynov
2.Nigar Əliyeva-Rəvan Niftəliyev
3.Anna Jeleznyak-Tural Rəsulov
İlk 3 yerin sahibləri diplom və medallarla təltif olunub.
