Akrobatlarımızdan növbəti gümüş medal: Minsk 2019
ESTAFET/ 2-ci Avropa Oyunlarına ev sahibliyi edən Minskdən (Belarus) daha bir sevindirici xəbər gəlib.
Akrobatika üzrə yarışlarda ölkəmizi layiqincə təmsil edən qarışıq cütlüyümüz Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi bu gün daha bir gümüş medala sahibləniblər. Belə ki, oyunlar çərçivəsində son çıxışlarını qarışıq hərəkətlər üzrə proqramda icra edən gimnastlarımız 29.540 xalla sıralamada ikinciliyi qoruyub saxlayıblar. Bununla da onlar, 2-ci Avropa Oyunlarında komandamızın hesabına 3 medal yazdırmağa müvəffəq olublar.
Qeyd edək ki, bu gün həmçinin bədii gimnastika üzrə qrup hərəkətləri komandamız da çıxış edib. Aliyə Paşayeva, Zeynəb Hümmətova, Darya Sorokina, Ayşən Bayramova və Diana Əhmədbəyli çoxnövçülükdə 44.975 xalla 6-cı yerdə qərarlaşıblar.