Peru millisində ciddi itki
ESTAFET/ Futbol üzrə Peru milli komandası ciddi itki ilə üzləşib. Yığmanın futbolçusu Cefferson Farfan zədələnib.
Bu barədə Peru Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Farfan, Peru millisinin Amerika kubokundakı qalan matçlarında iştirak edə bilməyəcək.
34 yaşlı yarımmüdafiəçinin sağalma prosesinin 6-8 ay çəkəcəyi bildirilir.
Peru millisi Amerika kubokunun 1/4 final mərhələsinə yüksəlib. Komanda bu mərhələdə Uruqvay yığması ilə qarşılaşacaq.