MY-də daha bir yeni müqavilə
ESTAFET/ "Mançester Yunayted"də yarımmüdafiəçi Cessi Linqarddan sonra hücumçu Markus Reşford da yeni müqavilə imzalayıb. Bunu klub tvitter səhifəsi vasitəsilə bəyan edib.
21 yaşlı forvard gələn ilin yayına qədər olan müqavilə müddətini daha 3 il uzadıb. İngiltərə millisinin üzvünün məvacibi də artırılıb. Belə ki, Reşford bundan sonra həftəlik 300 min funt-sterlinq qazanacaq.
Sözləşmədə müddətin daha 1 il artırılması maddəsi də var.
Mənbə: Matç.az