Sərbəst güləşçilərin İstanbul toplanışı
ESTAFET/ Sərbəst güləş yığmamız sabah ölkə xaricində növbəti təlim-məşq toplanışına başlayacaq.
Millimiz bu gün Türkiyəyə yola düşüb. Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında 14 güləşçi iyulun 10-dək İstanbulda hazırlıq keçəcək. Daha sonra komandamız ayın 11-dən 14-dək həmin şəhərdə təşkil olunacaq reytinq xarakterli Yaşar Doğunun xatirə turnirində qüvvəsini sınayacaq.