Millimiz Türkiyəyə də uduzdu
ESTAFET/ Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Portuqaliyanın Nazare şəhərində təşkil olunan Avropa Liqası (Euro Beach Soccer League) turnirində sonuncu oyununu keçirib. Millimiz qrup mərhələsinin son turunda Türkiyə yığması ilə qarşılaşıb. 2:6 hesabıyla uduzan komandamız mübarizəni dayandırıb.
Xatırladaq ki, futbolçularımız ilk turda Rusiya yığması ilə qarşılaşıb. Oyunun əsas və əlavə vaxtı 3:3 hesabı ilə başa çatsa da, penalti seriyasında rəqib daha dəqiq oynayıb və 4:3 hesabı ilə qalib gəlib. İkinci turda isə millimiz İspaniya yığmasına 0:6 hesabı ilə məğlub olub.
Beləcə, Azərbaycan yığması A Divizionunda 2-ci qrupu sonuncu pillədə başa vurub. İspaniya maksimum nəticəylə 1-ci, Rusiya 4 xalla 2-ci, Türkiyə isə 3 xalla 3-cü olub.