Millimizin baş məşqçisi istefa verdi
ESTAFET/ Boks üzrə Azərbaycan millisinin baş məşqçisi Vaqif Şirinov vəzifəsindən istefa verib. Bu barədə mütəxəssis özünün şəxsi “facebook” səhifəsində yazıb.
Şirinov Boks Federasiyasının dəvəti ilə iki ilədək yeniyetmələr və bir ilədək əsas komandada olmaqla, üç ildir çalışdığı vəzifəsindən ayrıldığını bildirib.
O, göstərdiyi etimada görə federasiyaya və komandadakı həmkarlarına təşəkkür edib.