Kişi şpaqaçılarımız dünya çempionatında çıxış edib

ESTAFET/ Qılıncoynadanlarımız Kənan Əliyev və Ruslan Həsənov Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən dünya çempionatında kişi şpaqaçıların şəxsi kateqoriyasında iştirak edib.

Qrup mərhələsində keçirdiyi 5 görüşdən 2-ni qalib başa vuran Kənan Əliyev plley-offda Rusiya təmsilçisi Nikita Qlazkova 4:15 hesabı ilə uduzub. Qrupda keçirdiyi 6 görüşdən 3-də qələbə qazanan Ruslan Həsənov isə pley-offda çexiyalı Jiri Berana 7:15 hesabı ilə məğlub olub. İyulun 17-də Səbinə Kərimova,Sevil Bünyatova,Anna Başta və Valeriya Bolşakova qadın sablyaçıların şəxsi yarışında mübarizəyə qoşulacaq. 

Müəllif: Natiq NƏSİROV