Yunan-Roma güləşi yığmamız Göygöldə toplanışa başlayıb

ESTAFET/ Yunan-Roma güləşi üzrə yığmamız Göygöldə növbəti təlim-məşq toplanışına start verib.

İyulun 14-dən Göygöl Olimpiya İdman Kompleksində hazırlıq prosesinə start verən millimiz geniş heyətlə toplanışda iştirak edir. Baş məşqçi Şaban Donat, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Emin Əhmədov və Turac Hüseynli, eləcə də gənclərdən ibarət yığmamızın böyük məşqçisi Nurəddin Rəcəbovun rəhbərliyi altında 30-a yaxın güləşçi Göygöl hazırlığına cəlb olunub. Heyətdə böyüklərlə yanaşı, bir neçə gənc güləşçi də yer alıb. Komandamız iyulun 31-dək davam edəcək təlim-məşq toplanışında əsasən fiziki hazırlıq üzərində çalışacaq.

Qeyd edək ki, TMT sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıyır. 

Müəllif: Natiq NƏSİROV