Sərbəst güləşçilərin Göygöl toplanışı başlandı
ESTAFET/ Sərbəst güləş üzrə yığmamız bu gün növbəti təlim-məşq toplanışına start verib.
Baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında 20-yə yaxın sərbəst güləşçi Göygöl Olimpiya İdman Kompleksində hazırlığa başlayıb. Avqustun 4-dək davam edəcək toplanışda əsasən fiziki hazırlığa diqqət yetiriləcək.
Qeyd edək ki, təlim-məşq toplanışı sentyabrda Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıyır.