II AVROPA OYUNLARININ PROQRAMI BAHARDA TƏSDİQ OLUNACAQ
ESTAFET/ Avropa Olimpiya Komitələrinin (AOK) İcraiyyə Komitəsinin Lozannada keçirilən iclası çərçivəsində 2019-cu ildə ikinci Avropa Oyunlarının keçirilməsinə Minskin hazırlığı haqqında birinci hesabat nəzərdən keçirilib.
İcraiyyə Komitəsinin üzvləri idman infrastrukturunun hazırlıq səviyyəsini və Avropa Oyunları proqramının variantlarını çox müsbət qiymətləndiriblər. Bu barədə məlumat verən Belarus Milli Olimpiya Komitəsinin baş katibi Anatoli Kotov deyib: “Hazırda idman növlərinin müzakirəsi və razılaşdırılması prosesi gedir, çünki AOK ilə müvafiq memorandum və sazişləri Avropa federasiyalarının heç də hamısı imzalamayıb”.
Oyunların yekun proqramı Minskdə AOK-un Avropa Oyunlarına hazırlıq üzrə iclası keçiriləndən sonra - 2017-ci ilin baharında təsdiq ediləcək.
Mənbə: AzərTAC